LG, Ton Seriyasını Google-a Uyğun Hala Gətirdi

  • 30 Avqust 2018

LG Electronics, IFA 2018de ən son və ən inkişaf etmiş  kabelsiz səs məhsullarını tanıdacaq. Bunlardan biri olan LG TONA Platinum SE (HBS-1120) Google Assistanta xüsusi düymə, LG TONA Ultra SE (HBS-835s) də sahib olduğu xarici səsucaldanla önə çıxır.

LG TONA Platinum SE, Google Assistant və tək bir düymə ilə əldə edilən Google Translate  həqiqi tərcümə edə bilən ilk TONA modelidir. İstifadəçilər "OX Google" demədən Google Assistantı aktivləşdirə və beləliklə, çox daha sürətli və daha artıq təsir yaradan süni zəkaya çatacaqlar. Bunun faydası isə ən çox Google Translate kimi xidmətlərin istifadəsində ortaya çıxacaq. Xidməti başlamaq üçün hər hansı bir söz deməyə ehtiyac duymadan başqa bir dildə ünsiyyət qurmaq çox daha sürətli və daha təbii olacaq.

LG səs mühəndislərinin kəşfi olan balanslı bir quruluş və dinamik bir sürücünün vəhdətindən yaranan hibrid qurğu, peşəkar musiqiçilər tərəfindən istifadə edilən qulaq daxili orqanlarla eyni xüsusiyyətlərə sahibdir. LG-nin ən yeni qulaqcıqları qara, mavi və qızılı rəngdə satışa təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır