“Azərpoçt”dan mobil telefon istifadəçilərinə XƏBƏRDARLIQ

  • 29 Avqust 2018
  • 36

"Azərpoçt” MMC-dən Femida.az-a verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: "”Təbriklər! Siz "İphone X” və ya "Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.

Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir.

Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki;

İnternetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.

Bu halda telefonunuza www.yetill.com saytından arzu olunmayan "pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, siz www.yetill.com saytına yönləndirildiyiniz zaman reklam banerində "Əgər 18+ yaşınız varsa kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver” düyməsini "klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta "pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq.

www.yetill.com istifadəçinin internet brauzerindən IP ünvanı, veb brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.

Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.

Probelmin həll olunması üçün:

– "Windows” İdarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbərəniz olmadan) proqramları kompüterinizdən təmizləyin.

– "Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən www.yetill.com-dan olan uzantıları (extension) silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur.

Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın ( scan edin) və viruslardan təmizləyin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Redmi K20 Pro-nun yeni versiyası yayımlandı

“Redmi”nin son modeli “K20 Pro”nun 12GB RAM versiyası Çin sertifikatla

Beş kameralı “LG V40 ThinQ”-dən önəmli məlumatlar

Əslinə baxsanız, mobil bazarda iddialı olmadığı üçün bunları artıq ön plana çıxarmadı, bunun əvəzinə süni zəka yönümlü digər məhsullara üz tutmağı üstün tutdu. Yen

Rəsmi təqdimatı gerçəkləşən Huawei P30 haqqında hər şey

Chip.az bildirir ki, Huawei-nin P seriyasının ən son üzvü Huawei P30 təqdim edildi.

Qeyd edək ki, zamanla sızd

Samsung Galaxy Note 10-nun möhtəşəm özəlliklərinin nümayişinə az qaldı

Samsung ailəsinin yeni üzvü Galaxy Note 10 dörd müxtəlif model ilə gəlir. Bu cihazlardan ikisi 5G dəstəkli olmaqla daxili yaddaş və RAM xüsusiyyətlərinə ciddi şəkildə fə

IEEE Huawei qadağasını geri götürdü

Elektrik və elektron mühəndisləri İnstitutu (IEEE) tərəfindən “Huawei”yə qadağa qərarı qəbul edilmiş və nəticədə elm adamları ikiy