“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır

  • 29 Avqust 2018

2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.
 chip.az  “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “Facebook” dünyada bərpa olunan mənbələrdən əldə  edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər