Dünyanın ən məşhur milyarderləri və ulduzları 1 saat ərzində nə qədər vəsait qazanırlar?

  • 29 Avqust 2018

    Business Insider saytı dünyanın məşhur milyarderlərinin 1 iş saatı ərzində nə qədər gəlir əldə etdiklərini hesablayıb. 1 iş saatı ərzində əldə olunan gəliri hesablamaq üçün jurnalistlər milyarderlərin il ərzində əldə etdikləri gəlir məlumatlarını (həmin məlumatlar açıq mənbə kimi təqdim olunurlar) və Forbes məlumatlarını analiz ediblər. Qeyd etmək lazımdır ki, ən varlı məşhur ulduzların siyahısı da Forbes məlumatları əsasında hazırlanıb. Beləliklə ən varlı şəxslərin əldə etdikləri illik gəlir 1 il ərzində iş saatına (2000 saatdan bir qədər çox) bölünüb. Beləliklə Amazon şirkətinin CEO-su Jeff Bezos 1 iş saatı ərzində 4.5 milyon dollar vəsait qazanır.

    Bu, Amazon şirkətinin əməkdaşlarının orta illik gəlirlərindən (təqribi olaraq ildə 28.5 min dollar) 157 dəfə çoxdur. Facebook şirkətinin CEO-su Mark Zuckerberg 1 saat ərzində 1.7 milyon dollar, Walmart-ın CEO-su Alice Walton 1.4 milyon dollar qazanır. Siyahıdakı digər milyarderlər isə 1 saat ərzində 1 milyon dollardan az qazanırlar. Məsələn Alphabetholdinqinin CEO-su Larry Page 924.000$, Tesla şirkətinin CEO-su Elon Musk 684.000$, əvvəllər dünyanın ən varlı adamı olmuş Bill Gates isə 450.000$ qazanır. Business Insider-in siyahısında 1 saat ərzində ən çox vəsait qazanan tanınmış ulduzlar arasında isə birinci yeri aktyor George Clooney tutub. O, 1 saat ərzində 27.000$ vəsait qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır