“Oppo” şirkəti “5G” şəbəkəsini dəstəkləyən ilk smartfon buraxmaq niyyətindədir

  • 25 Avqust 2018
  • 112

Çinin "Oppo" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfon istehsalçısı olmaq niyyətindədir. Şirkətin rəsmi nümayəndələri tərəfindən indiyədək müvafiq planlar barədə açıqlamalar verilsə də, bu dəfə internetdə konkret informasiya dərc edilib.

Chip.az "Planet Today" resursuna istinadən yazır ki, "5G" şəbəkəsinin mənimsənilməsi ilə bağlı bəyanatla şirkətin vitse-prezidenti Şen Yiren çıxış edib. O bildirib ki, hazırlıq mərhələlərinin uğurla başa çatması ilə əlaqədar olaraq "Oppo" brendli ilk "5G" smartfonu 2019-cu ildə təqdim olunacaq. Yeni qurğunun nümayişi növbəti ilin birinci yarısına nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət əvvəl internetdə "Oppo" və "Qualcomm" şirkətləri arasında qurulan tərəfdaşlıq barədə məlumatlar yayılıb. Tərəfdaşlıq sazişinin şərtlərinə görə, "Qualcomm" beşinci nəsil rabitə şəbəkəsi üçün lazım olan prosessorların tədarükünü təmin edəcək.

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

TikTok-un sahibi Feiliao adlı yeni proqram hazırladı

Chip.az xəbər verir ki, bəzilərinin çox sevdiyi digərlərinin isə qəbul etmədiyi  TikTok proqramının istehsalçısı Feiliao forum və birbaşa mesaj xüsusiyyətlər

Dünyanın ilk 100 MP şəkil çəkə bilən mobil telefonu təqdim olunub

Həftələrlə davam edən müzakirələrdən sonra Çin texnologiya nəhəngi  “Lenovo Z6 Pro” smartfonunu rəsmi olaraq təqdim etdi.

Chip.az

Tesla Roadster-in yük salonu ilk dəfə nümayiş etdirildi

Chip.az xəbər verir ki, o vaxtdan bəri şirkət vasitənin yalnız uzaqdan görünməsinə icazə versə də “Investor Autonomous Day”münasibət ilə avtomobilin qapılar

SpaceX və Boeing kosmik taksi layihəsi ərtələndi

Chip.az bildirir ki, NASA astronavtlarının orbitlər arası kosmik stansiyalara və laboratoriyalara keçişi böyük bir problem idi. SpaceX <

Azərbaycanda Gizzli adlı unikal sosial şəbəkə fəaliyyətə başlayıb

Chip.az xəbər verir ki, sosial şəbəkənin digər sosial şəbəkələrdən ən fərqli və unikal cəhəti, istifadəçilərinin tamamilə anonim qalmasıdır. Belə ki, qey