“Samsung Galaxy Note 9” smartfonu satışa çıxarılıb

  • 24 Avqust 2018
  • 94



Chip.az  “Ferra” resursuna istinadən yazır ki, avqustun 24-dən etibarən 56 regionda satışa çıxarılan “Galaxy Note 9” smartfonunu ilkin olaraq Cənubi Koreya, ABŞ, Kanada, Çin, Hindistan, Avropa və Cənub-Şərqi Asiya ölkələrinin sakinləri əldə edə biləcəklər.

Qeyd edək ki, ekran diaqonalı 6,4 düym təşkil edən yeni model “Galaxy” istehsal xəttində ən güclü – 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Bildirilir ki, smartfon “microSD” kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni “S Pen” stilusu “Bluetooth Low-Energy” (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş “S Pen” funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir. 

Qabaqcıl smartfonun əsa kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb. 

Smartfon “S Pen” stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

“Chrome” brauzerində genişlənmələrə olan tələblər sərtləşdiriləcək

 "Biz yaxın vaxtlarda çoxaxınlı freymlər (OOPIF) texnologiyasını işə salaraq və kənar saytlardan genişlənmələrin quraşdırılmasından imtina edə

Marvel TikTok ilə müqavilə bağlayıb

Marvel dünən gecə Comic-Con tədbirində təqdim etdiyi 11 yeni layihə ilə gündəmə gəlsə də şirkət  yeni layihələr də təqdim edir.  Tiktok ilə sponsorluq müqaviləsi ba

"WhatsApp"dan hamının gözlədiyi YENİLİK

Bu barədə Wc

Facebook-a ''Whatsapp ilə göndər'' düyməsi gəlir

WhatsApp platformasını əsas platformaya bağlamaq istəyən Facebook, mesaj paylaşmaq üçün yeni bir düymə üzərində işləyir. Facebook-un bu xüsusiyyəti ilə istifadəçilər

5G-ni dəstəkləyən XMM 8160 modemini təqdim edilib



Chip.az bildirir  ki, ilk iPhone-də  tətbiq  olunacaq modemin əksər qurğulara, o cümlədən smartfon, planşet və kompüterlərə quraşdırılacağı göz