Chip.az hi-tech.mail.ru saytına istinadən yazır ki, “Galaxy J2 Core” smartfonu “qHD” (540×960 piksel) təsvir ölçülü 5 düymlük “Super AMOLED” displeyi ilə təchiz edilib. Korpus plastikdən hazırlanıb, displeyin aşağı hissəsindəki "Home" düyməsi və sensor klavişlər ləğv edilib: yalnız ekran vasitəsilə idarəetmə mümkündür.
Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Ön kamera isə 5 meqapiksellik sensorla təchiz edilib. İki SIM kart üçün slot və LTE şəbəkə dəstəyi mövcuddur.
Smartfonun dəqiq qiyməti məlum deyil, amma 100 dollardan aşağı olacağı təxmin edilir.