Google istifadəçiləri izləyir

  • 20 Avqust 2018
  • 120

Associated Press saytı Google şirkəti barəsində olan maraqlı tədqiqatını yekunlaşdırıb. Həmin tədqiqata əsasən şirkətin, Android və iOS əməliyyat sistemli smartfonlar üçün nəzərdə tutulmuş servisləri hətta istifadəçinin öz yerinin təyin olunması funksiyasını deaktiv etməsi halında da onun GPS məlumatlarını özlərində saxlayırlar.

Google şirkəti öz növbəsində bildirib ki, istifadəçi Location History funksiyasını deaktiv etdikdə şirkət onun yerini və hərəkət istiqamətləri barəsində məlumatları saxlamır. Associated Press saytının fikrincə isə bu heç də belə deyil. Belə ki, hətta Location History funksiyasının deaktiv olunması halında da şirkətin bəzi servisləri avtomatik olaraq istifadəçinin xəbəri olmadan onun yerləşdiyi yer barəsində məlumatı özlərində saxlayırlar.

Teach.az technote.az-a istinadən bildirir ki, istifadəçinin harda olduğunu şirkət istifadəçi tərəfindən işə salınmış Maps və ya gündəlik Android-ə gələn hava proqnozu məlumatları vasitəsilə təyin edə bilər. Bununla yanaşı məlumata əsasən şirkət istifadəçinin yerləşdiyi yeri hətta onun axtarış sistemindəki axtarış sorğuları sayəsində də təyin edə bilər. Halbuki ilk baxışdan axtarış sistemindəki axtarış sorğuları ilə istifadəçinin yerləşdiyi yer arasında heç bir əlaqə olmamalıdır.

Saytın bu məlumatlarını həmçinin Prinston Universitetinin kompüter elmləri sahəsi üzrə fəaliyyət göstərən mütəxəssisləri də təsdiqləyiblər. Təcrübə çərçivəsində Gunes Acar adlı şəxs Google tətbiqlərinin yer aldığı smartfondan 3 gün ərzində istifadə edib. Həmin smartfonda Location History funksiyasının deaktiv olmasına baxmayaraq smartfon Gunes-in GPS məlumatlarını özündə saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Sabah Facebook-un bu xüsusiyyətinə son qoyulacaq

Facebook-un qrup mesajları xüsusiyyəti sabahdan etibarən aradan qaldırılır. Facebook-dan verilən məlumata görə, sabahdan etibarən istifadəçilər yalnız mesajlara baxa biləc

Niantic Apple Watch üçün Pokemon Go dəstəyini dayandırdı

 “Pokemon GO”nun sahibi “Niantic” “Apple Watch”a dəstəyi  dayandıracağını açıqladı.

YouTube arxa planda qalan kanallara yardımçı olacaq

Chip.az bildirir ki, YouTube platformasında tanınmış kanallardan əlavə yeni və yüksək keyfiyyətli videolar yayımlayan kanalları önə çıxartmaq üçün yeni tətbi

Sosial şəbəkələr öz auditoriyasını itirir

Sosial şəbəkələr böhran yaşayır, populyar platformalar loyal auditoriyalarını itirirlər və əgər istifadəçilər “Facebook”u şəxsi məlumatların ötürülməsi ilə bağlı qa