Şirkətin istehlak bölməsinin direktoru Riçard Yu təsdiq edib ki, "Kirin 980" prosessoru oktyabrda təqdim ediləcək "Mate 20" smartfonuna quraşdırılacaq.
Chip.az "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Huawei" şirkəti 31 avqust – 5 sentyabr tarixlərində Berlində keçiriləcək "IFA 2018" sərgisində yeni mobil prosessorunu rəsmən təqdim edəcək.
"Kirin 980" prosessoru 7 nanometrlik (nm) texnoloji proses üzrə hazırlanacaq. Güman ki, yeni prosessor əvvəlki 10 nm-lik 970 modelindən 20% daha məhsuldar və enerji baxımından 40% daha səmərəli olacaq. Yeni prosessor 8 nüvəyə (4 "ARM Cortex-A76" və 4 "Cortex-A55") malik olacaq və takt tezliyi 2,8 QHs-dək çatacaq. Yeni neyron şəbəkə modulunun süni intellekt funksiyaları ilə bağlı məsələlərin işlənməsini sürətləndirəcəyi gözlənilir.