Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

  • 17 Avqust 2018
  • 134

Chip.az məlumat verir ki, ilk yarımilin sonunda bu cür ən böyük kütləvi hücumlar messenger və sosial şəbəkələrdə qeydə alınıb.

Belə ki, istifadəçilər özləri də anlamadan fırıldaqla dolu mesajları könüllü şəkildə öz yaxın dostları ilə bölüşməklə cinayətkarlara “kömək etmiş” olurlar. Kaspersky Lab şirkətinin analitiklərinin müşahidələrinə əsasən fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez WhatsApp tətbiqindən istifadə edirlər. Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir. Məsələn, Rusiyada ötən rübdə cinayətkarlar aktiv şəkildə məşhur pərakəndə şəbəkələrinin, fastfud restoranlarının adından müxtəlif bonuslar təklif edən ismarıclardan istifadə ediblər. Bu bonusları əldə etmək üçün istifadəçidən tələb olunan sadə sorğunu doldurmaq və messengerdə lazımi miqdarda şəxsə həmin ismarıcı göndərmək idi. Lakin sadəcə göndərişlərlə iş bitmir. İstifadəçi həmin keçidi tanışlarına göndərdikdən sonra, onu yerləşdiyi məkandan və ya istifadə olaraq qurğudan asılı olaraq kontenti dəyişən digər resurslara yönləndirirlər. Belə ki, əgər istifadəçi smartfondan daxil olursa, çox zaman onu avtomatik şəkildə ödənişli xidmətlərə abune edirlər. Digər hallarda isə cinayətkarlar qurbanın şəxsi məlumatlarını əldə etmək üçün sorğu və ya uduşlu başqa bir səhifəyə yönləndirirlər.

Bildirək ki, Twitter sosial şəbəkəsində başqa bir fırıldaqçılıq sxemindən istifadə olunur: burda cinayətkarlar məşhur şəxslərin və şirkətlərin adından saxta hesablar yaradır və ödənişsiz kriptopulların paylandığını idddia edirlər. Bu cür “mükafat”ı əldə etmək üçün isə ismarıcda göstərilən kripto pulqabına müəyyən miqdarda kriptovalyuta köçürmək lazımdır, bunun qarşılığında isə həmin məbləğin bir neçə misli vəd edilir. İkinci rübdə isə kibercinayətkarlar daha çox Elon Mask, Pavel Durov və Vitali Buteritn adı altında maskalanıblar.

Qeyd edək ki, kriptovalyuta və İCO ( İnitial Coin Offering) mövzuları fırıldaqçılar üçün əvvəlki kimi aktual olaraq qalmaqdadır. Kaspersky Lab antifişinq müdafiə sistemi ikinci rübdə 58 min dəfə istifadəçilərin kriptovalyuta pulqabı və birjalara bənzəyən saxta vebsaytlara daxil olmasının qarşısını allb. Fişerlərin hal-hazırda ən məşhur kriptovalyutası Etherium (ETH) hesab edilir. Kapersky Lab şirkətinin hesablamalarına görə saxta İCO-lar vasitəsilə fırıldaqçılar klasik fişinqi nəzərə almadan, istifadəçilərdən 2 milyon ABŞ dollarından çox pul qopara biliblər. “3 hesabat ayı ərzində bizim antifişinq sistemimiz 107 milyondan çox fişinq səhifələrinə keçid cəhdinin qarşısını alıb ki, bu da ötən rüblə müqayisədə 17 milyon dəfə daha çoxdur. Bu cür artım, əsasən, ondan xəbər verir ki, istifadəçilərin böyük bir qismi fişinq təhlükəsini düzgün qiymətləndirmir ,diqqətsizlik ucbatından və ya məlumat azlığından fırıldaqçıları müəyyən edə bilmirlər”, - deyə Kaspersky Lab şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

Fişerlərin digər fırıldaqları və spamerlər haqqında daha ətraflı bu linkə daxil olarq tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Çinin 1 metro stansiyasında üz tanıma ilə ödəniş etmə sistemi sınaqdan keçirilir

Metrodan istifadə edə bilmək üçün üzünüzü ödəniş vasitəsi kimi istifadə etmək artıq xəyal deyil. South China Morning Post-da yayımlanan məlumata görə, Çinin texnologiya pay

Messi, Ronaldo və bütün məşhur fudbolçuların sosial mediada yayımlanan tətil fotoları

Messi, Ronaldo və bütün məşhur fudbolçuların sosial mediyada tətil fotoları yayımlandı.<

Google reklam əngəlləyənlərlə bağlı açıqlama verib

Google blog yazısında reklam əngəlləyiciləri haqqında açıqlama verib.

Şərh şirkətin Chrome brauzerində uzantıları inkişaf etdirmək planına yönələn

Youtube, elə öz platformasındakı video ilə dislike rekorları üzrə 1-ci yerdədir

Hətta ən çox bəyənilməyən videolar arasında YouTube-un öz paylaşımlarıda var.

Hər gün 1 milyard saatdan çox  (1 milyard saat = 100 min il) video izlənil

Xiaomi, Mi Bumblebee adlı çantasını istehlakçıların istifadəsinə verdi

Chip.az bildirir ki, Xiaomi, Transformers seriyasının sahibi olan Hasbro ilə 2016-cı ildən bu yana Hasbro ilə birlikdə Bumblebee dizaynında yeni notbuk