Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər

  • 17 Avqust 2018


 
Chip.az hitech.vesti.ru" saytına istinadən yazır ki, süni intellekt istehlakçılara fayda verir: o, investisiya və başqa xidmətləri avtomatlaşdırır, həmçinin bəzi mürəkkəb məhsul və alətlərdən istifadəni asanlaşdıracaq. Eyni zamanda yüksək texnologiyalar süni intellekt alqoritmini ilk olaraq tətbiq edən bazar oyunçularına rəqiblərini geridə qoymağa imkan verməklə bazardakı balansı poza bilər.  Bu haqda onlarla maliyyəçi və sahə liderlərinin iştirakı ilə tərtib edilmiş hesabatda deyilir.
 
Digər bir təhlükə - kibertəhlükəsizlik məsələsidir. "Kompüter təliminin dinamikası bek-ofisin birləşməsi üçün güclü stimul yaradır – hesabatın əsas müəllifi, Dünya İqtisadi Forumu yanında  maliyyə xidmətləri layihəsində süni intellekt istiqamətinin rəhbəri Cessi Makuoters deyib. Birləşmiş dünya kibertəhlükəsizlik nöqteyi-nəzərindən daha zəifdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır