Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

  • 17 Avqust 2018
  • 124

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb.
 
Chip.az  www.belta.by resursuna istinadən yazır ki, sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan (CSI) istifadə edir, onun fəaliyyəti üçün yalnız “Wi-Fi” marşrutlayıcısı tələb olunur.  
 
Alimlər tərəfindən sistemin çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınağı keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibinin müəyyənləşdirilməsi 97 faiz təşkil edib.
 
Texnologiyanın ictimai yerlərdə təhlükəsizliyin təmini üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Hazırda sistemin ilkin sınaqları keçirilir, mühəndislər tərəfindən isə ictimai “Wi-Fi” şəbəkələrinin sistemin işində səhvlərə səbəb ola biləcək müdaxilədən mühafizəsi üçün həll təqdim edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

“Bakutel-2018” bir sıra yeniliklərlə yadda qaldı

 “Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB),

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb


Chip.az“DailyComm” resursuna istinadən yazır ki,  “International Da

Google İphone ilə zarafat etdi

Chip.az xəbər verir ki, şirkətin "Pixel" seriyası üst seqment məhsulu kimi bazara təqdim olunur. Eyni zamanda “iPhone”ə yaxın qiymətdə təklif olunur.  Hazırda

Tesla Roadster-in yük salonu ilk dəfə nümayiş etdirildi

Chip.az xəbər verir ki, o vaxtdan bəri şirkət vasitənin yalnız uzaqdan görünməsinə icazə versə də “Investor Autonomous Day”münasibət ilə avtomobilin qapılar

Ayaqlı avtomobil CES-də: Hyundai Elevate

Fəlakət və ya qəzadan sonra hadisə yerinə gələn bir nəqliyyat vasitəsi düşünün. Hamar olmayan ərazi və ən çətin nöqtələrə çatmaq özəlliklərinə sahib avtomobilin barəd