“Qaz-21” idman avtomobili qiymətinə satılır - FOTO

  • 16 Avqust 2018

“Ötən əsrdən salam” – bu məlumata məhz bu adı vermək olar. 

Bakıda avtomobil alqı-satqısı saytlarından birində 1958-ci il buraxılışı olan avtomobillə bağlı elan yerləşdirilib. 

Söhbət “Qaz-21” avtomobilindən gedir. Elanın mətnində deyilir: “Maşın saz vəziyyətdədir. Bütün detalları zavod istehsalıdır”. 

SSRİ-nin ən məşhur avtomobillərindən olan “Qaz-21”in satış qiyməti isə 27 500 manat və ya 16 min dollardır. 

Xatırladaq ki, bu qiymətə həmin saytda “Chevrolet Camaro” idman avtomobilini almaq mümkündür:

Necə deyirlər, “Klassika ölmür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər