Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

  • 16 Avqust 2018
  • 107

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işləyib hazırlayıb.
Chip.az "naukatv.ru” saytına istinadən yazır ki, Kaliforniya universitetindən olan mütəxəssislər komandası dəridə sarğı kimi istifadə edilə bilən və müxtəlif göstəricilərin (nəfəs, bədən hərəkəti, temperatur, gözlərin hərəkəti, ürək və beynin aktivliyi) simsiz monitorinqi məqsədilə dartıla bilən elektron plastır hazırlayıb. Qəpik ölçüsündə olan qurğu, həmçinin avtomatlaşdırılmış “əlin” simsiz idarə edilməsində tətbiq oluna bilər.
 
Bu hazırlama bir-bir ilə qarşılıqlı əlaqədə olan elastik çap lövhələrin 4 qatından ibarətdir. Hər bir qat onları bir-birindən təcrid edən elastomer təbəqə üzərində yerləşir. Bərk elektron hissələr elastomerə bərkidilib və bükük formalı nazik mis məftillərdən düzəldilmiş elastik "körpü"lərlə birləşdirilib ki, bu da sxemlərin elektron funksiyaya zərər etmədən dartılmasına, əyilməsinə və bükülməsinə imkan verir.
 
"Ağıllı" sarğı 10 metrədək məsafədən smartfon və ya noutbukla simsiz rabitəni dəstəkləyir. İstehsalçılar sözügedən texnologiyanın optimallaşdırılması və təkmilləşdirilməsi işlərini davam etdirəcək və mütəxəssislər gələcəkdə qurğunu kliniki şəraitdə sınaqdan keçirməyə ümid edirlər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei Mate 30 Pro-nun ekran dizaynı yayımlandı

Bir müddətdir ki,  gündəmə gələn Huawei Mate 30 Pro bu dəfə də ekran paneli ilə ortaya çıxdı. Yayımlanan şəklə görə Mate 30 Pro olduqca böyük bir girinti ilə gəlir.

“Android” istifadəçiləri təhlükədə: Yeni virus yayılıb

Kibercinayətkar qruplaşması tərəfindən zərərli proqram təminatı “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün

Nokia yeni smartfon üzərində işləyir

Chip.az bildirir ki, Nokia adı altında ağıllı telefonlarını bazara sürən HMD Qlobaldan yeni bir ağıllı telefon gəlir. Birdən çox

Huawei Mate 20 Pro ağıllı kamera və maraqlı bir çərçivəylə gələ bilər!

Ancaq kamera təminatı baxımından Mate 20 seriyasının P20 seriyasının qarşısında olması mümkün görünür. Sualtı rejimi, süni zəka dəstəkli yaxınlaşdırma (AI Zoom) kimi xüs

Huawei Nova 5i Pro təqdim edildi

Huawei yeni ağıllı telefon modeli Nova 5i Pro-nu tanıdıb. Kirin 810 prosessorunu istifadə etdiyi telefon, 6 GB və 8 GB-lıq RAM variantları və üç müxtəlif rəngi ilə birlikdə