Bu gün “Samsung” şirkəti dünyada ilk kütləvi 5G modemini təqdim edib. Yeni modemin əsas özəlliyi mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsidir.
Chip.az 4pda.ru” saytına istinadən yazır ki, “Exynos Modem 5100” modemi 6 QHs diapazonunda 2 Qbit/s-dək, mm-lik diapazonda isə 6 Qbit/s-dək maksimum qoşulma sürətini təmin edə bilər. Bu, 4G şəbəkəsinin imkanlarını müvafiq olaraq 1,7 və 5 dəfə üstələyir. Şirkətin press-relizinə əsasən, yeni avadanlığın sınaqları aparılır. Artıq reallığa yaxın şərtlər daxilində 5G stansiyası və modemin prototipi arasında məlumatların ötürülməsi həyata keçirilib.
Modem, həmçinin “2G GSM/CDMA”, “3G WCDMA”, “TD-SCDMA”, “HSPA” və “4G LTE” şəbəkələri ilə uyğunluğu saxlayacaq. Beləliklə, 5G əhatə dairəsi olmadıqda istifadəçi rabitəsiz qalmayacaq.