"Alexa.com" nədir?

  • 15 Avqust 2018
  • 153

Alexa.com” internet saytları haqqında məlumat əldə etmək üçün geniş imkanları olan bir resursdur. Sayt 1996-cı ildə kompyuter mühəndisi Brevster Kehl və Brus Qillat tərəfindən yaradılıb. Saytın adı Misirdə eramızdan öncə yaradılmış, dövrünün ən böyük kitabxanası olan İsgəndəriyyə (Alexandria) kitabxanasının adından götürülüb.

Girdiyiniz saytların statistikasını öyrənmək üçün Alexa Toolbarı brauzerinizə yükləməyi və aktiv etməyi unutmayın!

Alexa Toolbar – https://www.alexa.com/toolbar

Alexa” dünyada olan internet saytları haqqında ətraflı məlumat verir. Siz axtarış qutusuna hər hansı saytın adını yazmaqla o sayt haqqında statistik məlumatları əldə edə bilərsiniz. Məlumatlar əsasən aşağıdakı kateqoriyalara bölünür:

1. Trafik statistikaları
– Trafik reytinqi;
– Sayta istifadəçi girişi faizi;
– Səhifəyə baxılma sayı;
– Adambaşına səhifəyə baxılma sayı;
– İstifadəçinin saytda olduğu müddət.

2. Axtarış təhlili
– Saytda ən çox axtarılan 10 söz;
– Son bir ayda saytda ən çox axtarılan sözlər;
– Son bir ayda saytda ən az axtarılan sözlər;

3. İstifadəçilər
– Yaş səviyyəsi;
– Cins tərkibi;
– Təhsil səviyyəsi.

Bununla yanaşı, burada maraqlandığınız sayta ən çox hansı saytlardan daxil olurlar, həmçinin bu saytdan çıxdıqdan sonra hansı sayta daxil olurlar kimi statistik məlumatları da öyrənə bilərsiniz.

Alexa” saytın həm dünya üzrə neçənci pillədə olmasını, həm də konkret olaraq aid olduğu ölkə üzrə hansı reytinqdə olmasını göstərir. “Alexa”da informasiyalar adətən gündə 2 dəfə (səhər və axşam saatlarında), bəzən bir dəfə yenilənir. Bununlada siz istənilən saytın gündəlik necə “performans” göstərdiyini görə bilirsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Facebook növbəti hesabatını təqdim etdi

Sosial media nəhəngi işçilərin müxtəlifliyi və etnik mənşə göstəricilərini bölüşüb.

Çin hökuməti Wikipediaya girişi əngəllədi

Chip.az xəbər verir ki, bu dəfə giriş maneələrinin sərhədləri bir qədər genişlənib. Belə ki, ölkə daxilində bütün dillərdə xidmət göstərən “Wikipedia

Fikri səsə çevirən implant yaradılıb

Chip.az xəbər verir ki, texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. Perspektivdə bunun insult, kəllə-beyin travması və Parkinson x

Gboard Mini emoji çıxarmalarını Android gətirir!

Şirkət emojilərin bölüşdürülməsi məsələsində isə bir təqvim bölüşmədi. İlk olaraq sentyabr ayının əvvəli etibarilə "Mini" olaraq anılan emoji çıxarmalarını iOS-ə g

"2019-cu ilin sonuna qədər 64 MP və 100 MP + kameralı smartfonlar istehsal olunacaq."- Judd Heape

Keçdiyimiz aylarda, ağıllı telefon istehsalçılarının 32 MP və 48 MP kameraya sahib telefonları istehsala buraxması ilə 'megapiksel döyüşləri' yenidən başlamış vəziyyətdə o