Bioparçalanan kağız batareya yaradılıb

  • 14 Avqust 2018
  • 103

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.
 
Chip.az "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılır, lakin indiyədək təklif edilən texnologiyalar yetərincə güclü olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.  
 
Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Yeni qurğu 2280x1080 piksel təsvir ölçülü 6,26 düymlük displeyə malikdir.
 
Yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüv

İtmiş smartfonların axtarışı üçün yeni üsul kəşf edildi – VİDEO

Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar.

Mobil əlavə xüsus

Xiaomi, Black Shark 2-ni təqdim edəcəyi tarixi açıqladı

Chip.az bildirir ki, Xiaomi-nin oyunçu telefonu markası Black Shark, şirkətin rəsmi Weibo hesabında bir banner yayımlayıb. Belə ki, Xiaomi-nin yeni nəsil oyunçu telefo

İsti günlərdə smartfonun qızmasının qarşısını necə almaq olar?

Chip.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Strategy Analytics” şirkətinin icraçı direktoru Nil Mouston bildirib.

Ekrandan barmaq izi oxuyan Galaxy modeli gəlir!

Paylaşılan hesabatda həmçinin Samsungun yaxın zamanda  bazara çıxacağı təxmin edilən Galaxy P1 modelinin, ekrandan barmaq izi oxuma texnologiyasına sahib olacağı irəli sürülüb.