Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb

  • 14 Avqust 2018
  • 103

Chip.az “rambler.ru” resursuna istinadla xəbər verir ki, antireytinq siyahısında lider “Nohor 9 Lite” modelidir. Ucuz olmasına baxmayaraq, qurğu zəif texniki xüsusiyyətlərə, əlavə yaddaş kartının alınmasına zərurət yaradan kiçik yaddaş tutumuna, eləcə də aztutumlu (3 min milliamper/saat) akkumulyatora malikdir.

İkinci yerdə “Vivo V9” smartfonu qərarlaşıb. Cəlbedici xarici görünüşə malik model köhnə “microUSB” portu ilə təchiz edilib, eləcə də “NFC” texnologiyasını dəstəkləmir. Bundan başqa, smartfonun fotokamerası günəş işığında obyektləri parıltılı göstərir.

Siyahıda üçüncü pillədə öz sinfinin ən pisi seçilən “Samsung Galaxy A8” modeli yer alıb. Smartfon 32 giqabayatlıq quraşdırılmış yaddaş və tez boşalan batareya ilə təchiz edilib. Çatışmazlıqlar arasında aşağı keyfiyyətli kamera və solğun ekran qeyd olunur.

Ən keyfiyyətsiz smartfonlar arasında dördüncü yeri “LG G7 ThinQ” tutub. Qurğu zəif akkumulyator və yararsız ekrana malikdir.

Liderlər beşliyini “LG Q7 Plus” tamamlayır. Ekspertlər tərəfindən modelin tək kamera və 3 min milliamper/saat tutumlu akkumulyatora görə alınması tövsiyə edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Facebook, Google və Microsoft iqlim dəyişikliyini inkar edən bir konfransa sponsor olub

Chip.az bildirir ki, Facebook, Google və Microsoft maliyyə dəstəyi ilə bu ideanın şirkətlər tərəfindən qəbul edilməsi arasında heç bir əlaqə

Sumqayıt Texnologiyalar Parkında top mərmiləri tapıldı

Belə ki, noyabrın 21-i saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 10:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

Bu məqsədlə Azərbaycan tərəfdən AzerTelecom şirkəti və Qazaxıstan tərəfdən Transtelekom və KazTransCom şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magis

Apple-nin qurucusu Steve Wozniak "Facebook-u silin!" əmri verdi

Açıqlamaları ilə zaman-zaman gündəmə gələn Apple-nin iki qurucusundan biri olan Stiv Wozniak digər təsisçi Stiv Jobs ilə birlikdə verdiyi son açıqlamada istifadəçilərin

32 milyon dollarlıq bitkoin oğurlandı

Yaponiyanın kripto pul bazarından 32 milyon dollarlıq bitkoin (bitcoin) oğurlandı.

 

Chip.az bildirir ki, Yaponiyanın kri