Google, istifadəçilərin GPS məlumatlarını izləyir və özündə saxlayır

  • 14 Avqust 2018
  • 131

Associated Press saytı Google şirkəti barəsində olan maraqlı tədqiqatını yekunlaşdırıb. Həmin tədqiqata əsasən şirkətin, Android  iOS əməliyyat sistemli smartfonlar üçün nəzərdə tutulmuş servisləri hətta istifadəçinin öz yerinin təyin olunması funksiyasını deaktiv etməsi halında da onun GPS məlumatlarını özlərində saxlayırlar.

    Google şirkəti öz növbəsində bildirib ki, istifadəçi Location History funksiyasını deaktiv etdikdə şirkət onun yerini və hərəkət istiqamətləri barəsində məlumatları saxlamır. Associated Press saytının fikrincə isə bu heç də belə deyil. Belə ki, hətta Location History funksiyasının deaktiv olunması halında da şirkətin bəzi servisləri avtomatik olaraq istifadəçinin xəbəri olmadan onun yerləşdiyi yer barəsində məlumatı özlərində saxlayırlar.

    İstifadəçinin harda olduğunu şirkət istifadəçi tərəfindən işə salınmış Maps və ya gündəlik Android-ə gələn hava proqnozu məlumatları vasitəsilə təyin edə bilər. Bununla yanaşı məlumata əsasən şirkət istifadəçinin yerləşdiyi yeri hətta onun axtarış sistemindəki axtarış sorğuları sayəsində də təyin edə bilər. Halbuki ilk baxışdan axtarış sistemindəki axtarış sorğuları ilə istifadəçinin yerləşdiyi yer arasında heç bir əlaqə olmamalıdır.

    Saytın bu məlumatlarını həmçinin Prinston Universitetinin kompüter elmləri sahəsi üzrə fəaliyyət göstərən mütəxəssisləri də təsdiqləyiblər. Təcrübə çərçivəsində Gunes Acar adlı şəxs Google tətbiqlərinin yer aldığı smartfondan 3 gün ərzində istifadə edib. Həmin smartfonda Location History funksiyasının deaktiv olmasına baxmayaraq smartfon Gunes-in GPS məlumatlarını özündə saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Google axtarış sistemi və xəbərlər üzərindən nə qədər qazanır

İnternetdə “bir şey pulsuzdursa məhsul sizindir” deyə fikir var. Google üçün bu proses həqiqətən bir aksiomadır. Xidmətlərini istifadə edən bir çox insanlar var və bu

Ruslar Elon Muskun reklam kompaniyasını lağa qoydular

Rus alimləri SpaceX CEOsu Elon Muskun 2018-ci ildə bir tesla vasitəsinin kosmosa göndərməsiylə zarafat etmək üçün qırmızı avtomobillərini kosmosa göndərdilər.

Twitch-in rəqibi üçün yolun sonu göründü!

Həmçinin 11 milyon video da bu nəhəng axın içərisinə əlavə olunduğunu görürük.

Oyunlar artıq heç olmadığı populyar hala gəldi. Aktyorlar da bir-biri ilə ünsiyy

Xiaomi, Mi Bumblebee adlı çantasını istehlakçıların istifadəsinə verdi

Chip.az bildirir ki, Xiaomi, Transformers seriyasının sahibi olan Hasbro ilə 2016-cı ildən bu yana Hasbro ilə birlikdə Bumblebee dizaynında yeni notbuk

TikTok-un sahibi öz telefonunu təqdim etməyə hazırlaşır

“The Financial Times” qəzetində yer alan xəbərə görə, Pekində yerləşən sosial media şirkəti ByteDance içərisində öz tətbiqlərinin,