Olimpiadada sifətlər tanınacaq

  • 13 Avqust 2018
  • 149

Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın "NEC" şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sistemi 2020 Yay Olimpiya Oyunları, həmçinin Tokioda keçiriləcək Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiq ediləcək. Sistem idmançı, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300000-dən çox insanın müəyyənləşdirilməsində istifadə ediləcək. Olimpiya Oyunları tarixində ilk dəfə belə texnologiya tətbiq ediləcək.
 
Chip.Az ICTnews-a istinadən bildirir ki, "NEC" şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi "NeoFace" adlı süni intellekt mühərrikinə əsaslanır. Sistem insanı səs, barmaq izləri və gözün qüzehi qişası üzrə tanıya bilir. Ancaq Olimpiya Oyunlarında yalnız foto üzrə eyniləşdirmə texnologiyası istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanıması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart (kartı xüsusi aparatın kamerasına göstərmək lazımdır) vasitəsilə yoxlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Nubia Red Magic 3 aprel ayından satışa buraxılacaq

Xiaomi-nin oyun telefonu Black Shark 2 -ə sağlam bir rəqib gəlir. Belə ki,

Xiaomi Android Q versiyası gələcək modellərin adlarını açıqladı

Çin istehsalçısı Xiaomi Avropadakı rəqabətin azalmağa davam etdiyi bir zamanda Huaweinin bazardakı yerini almaq istəyir.

Chip.az xəbər verir

Redmi K20 Pro dünyanın ən sürətli telefonu seçildi

Smartfon sənayesi müəssisələri Çin istehsalçılarının bazarda daha aktiv hala gəlməsi ilə birlikdə artıq həmin sektorun bir parçasına çevrilməyə başladılar. <

Oppo Reno Antutu testindən keçdi: təqdimata sayılı günlər qalır

Chip.az bildirir ki, TENAA göstəricilərindən sonra Oppo Reno, PCAM00 kodu ilə Antutu-dan da keçdi. Oppo Reno-nun standart