"Ferrari" hər avtomobildən nə qədər qazanır? - Siyahı

  • 13 Avqust 2018

Avtoqraf.az-ın məlumatına görə, italyan istehsalçısı hər satılan avtomobildən 69 min avro gəlir əldə edib. Bu barədə məlumatı alman professor Ferdinand Düdenheffer dərc edib.

Professorun təqdiqatlarında alman premium markaları arasında ən gəlirlisinin "Porşe" olduğu bildirilir. Şirkət hər satılan avtomobildən 17 min avro gəlir əldə edir. "Audi", BMV və "Mersedes-Benz" isə, təxmini olaraq hər satılan avtomobildən 9 min avro qazanır. "Maserati" şirkətinin gəliri 5 min avrodur. İstehsalçılar arasında zərər edənləri də var.

Hər satılan "Bentley" avtomobili Britaniya şirkətinə 17 min avro zərər gətirir ki, bunlar da elektrik güc aqreqatlarının və texnologiyalarının inkişafına yönəldilən kifayət qədər ciddi sərmayələr ilə izah edilir. Eyni zamanda, "Tesla" har satılan avtomobildə 11 min avro itirir.

Qeyd edək ki, keçən il Bloomberq agentliyinin apardığı tədqiqatlarda da bənzər nəticələr əldə edilmişdi. Həmin zaman da əməliyyat gəlirləri üzrə liderlər "Ferrari" və "Porşe" şirkəti olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır