iPhone 6 anidən qadın sürücünün maşınında partladı

  • 13 Avqust 2018

Tüstünün yayılması nəticəsində qadın panikaya düşərək qışqırmağa başlayıb və avtomobili tez bir zamanda saxlamağa çalışıb. Bu zaman isə smartfon partlayıb. iPhone 6 modelinin sahibi olan həmin qadının sözlərinə əsasən smartfonun alışması onun batareyasındakı nasazlıq səbəbilə baş verib.

    Qadın bildirib ki, smartfona yeni batareya Çində mobil cihazların təmiri üzrə fəaliyyət göstərən və adı bilinməyən təmirxanada qoyulub. Qadın smartfona yerləşdirilmiş yeni batareyanın orijinal olduğuna şübhə ilə yanaşır. Bununla belə hadisə vaxtı smartfon heç şarj prosesində də olmayıb. İnternet istifadəçiləri isə videoya olan rəylərində məhz qadını günahlandırıblar. Belə ki, hadisə Şanxayda baş verib və orada hal hazırda 40 dərəcə istilik höküm sürür. Qadın isə öz smartfonunu gün işığının düşdüyü yerə qoyub. Apple öz növbəsində həmişə qeyd edir ki, günəş və ya başqa istilik mənbəyinin uzun zaman ərzində smartfona təsiri nəticəsində smartfonun batareyası kritik zərər görə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır