Bu qurğu bir neçə telefonu enerji ilə doldurur!

  • 11 Avqust 2018
  • 144

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri eyni anda bir neçə qurğunu enerji ilə dolduran simsiz akkumulyator hazırlayıblar.
Chip.az Milli.Az-a istinadən bildirir ki, səssiz və simsiz qurğu "Pi" adlanır. İnstitut mütəxəssisi Con Makdonaldın sözlərinə görə, "Pi" eyni anda bir neçə qurğu ilə işləyə bilməsinə görə oxşar qurğular arasında unikaldır. Müəyyən yerdə dəqiq yerləşməni tələb etməyən bir neçə (4-dək) telefon və ya planşeti eyni mənbədən enerji ilə doldurmaq mümkündür. Simsiz akkumulyator qurğuları maqnit dalğaları vasitəsilə enerji ilə doldurur. Qurğu yaradıcıları bildirib ki, bu, enerjinin portativ elektronikaya təhlükəsiz köçürülməsi üçün ideal üsuldur.

"Pi" texnologiyası qurğunun batareyasının enerjisinin hansı səviyyədə olmasını müəyyənləşdirir və maqnit sahəsini ona uyğun tənzimləyir. Texnologiya istifadəçinin telefonu müəyyən yerdə yerləşdirməsini tələb etmir. Hazırda qurğu prototipini telefon və kiçik qurğuların enerji ilə doldurulması üçün istifadə etmək olar, lakin alimlər tərəfindən növbəti 5 ildə onun müxtəlif əlavələr üçün təkmilləşdirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

QR kodla sifariş verirsiniz, servis robotlarla həyata keçirilir

Cənubi Koreyada fəaliyyət göstərən bir restoran sifarişləri QR kodla qəbul edir. Yemək servisini isə robotlar həyata keçir

Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izin

Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

Chip.az bildirir ki, Harvard Universitetinin alimləri, yaraların sağalma sürətini artırac

Tarixdə ilk dəfə fikirləri anında sözlərə çevirən cihaz hazırlandı

Chip.az bildirir ki, Facebook tərəfindən də dəstəklənən yeni bir araşdırma sayəsində

Molekulyar kompüterin yaradılması istiqamətində böyük irəliləyiş əldə olunub

Beynəlxalq alimlər komandası 10 il hazırlıqdan sonra ilk dəfə istilik keçiricilik qabiliyyətini bir molekul vasitəsilə ölçüblər. Bu proses Mur qanununun təsirini artırmaq