Qanunsuz yolla ölkəyə mobil telefon gətirilməsinin qarşısı alınıb

  • 09 Avqust 2018

Chip.az DGK-ya istinadən xəbər verir ki, idarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd Samsung Galaxy J4, 1 ədəd Samsung Galaxy J5 pro, 2 ədəd Samsung Galaxy J6 və 1 ədəd Samsung Galaxy A6 markalı mobil telefonlar, 15 ədəd qulaqcıq, 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır