Əşyaların İnterneti 5 il sonra dünyanı necə dəyişdirəcək?

  • 06 Avqust 2018

Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və İnternet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və Əşyalar İnterneti gündəlik həyatımıza daxil olur.
 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard ağıllı qurğu istifadədə olacaq.

Söhbət yalnız ağıllı kolonka və lampalardan getmir. Ağıllı qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və bu, 5 il sonra reallaşacaq. İstehlak bazarında ağıllı qurğuların evlərdə tətbiqi davam edəcək. Simsiz qoşulmanın köməyi ilə idarə olunacaq lampalar, kolonkalar və məişət cihazları sırasına geyim və ayaqqabı da əlavə olunacaq.

Bundan əlavə, müəssisə və təşkilatlard ağıllı qurğular avtomatlaşdırma rolunu oynamağa davam edəcək. Ofis və istehsalda eyni cihazlardan istifadə ediləcək, lakin onlar daha ağıllı və sərbəst olacaq.

2023-cü ilədək hökumət təşkilatları ağıllı şəhərlərin inkişafını stimullaşdırmaqla məşğul olacaq. Ağıllı izləmə kameraları, şəhər işıqları və sayğaclar cinayətkarlıqla mübarizə aparacaq və kommunal xidmətlərin idarə edilməsini asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır