Mobil telefonların qeydiyyat qiyməti qalxdı

  • 02 Avqust 2018
  • 138

Chip.az Qafqazinfo-ya istinadən məlumat verir ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların  qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.

Belə ki, bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Bildirək ki, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur.

Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.(Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Robert Pattinsonun yeni Batman olacağı təsdiqləndi

Warner Bros Robert Pattinsonun Batman oynayacağını təsdiqlədi.

Chip.az

Will Smithin yer aldığı Gemini Man filminin fraqmenti yayımlandı

Chip.az xəbər verir ki, filmdə məşhur aktyor Will Smithin canlandırdığı bu obraz özündən 25 yaş kiçik oxşarı ilə üz-üzə gəlir. Brogindən fiziki cəhətdən

CinemaPlus-da Şərq gecəsi

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən Disney şirkətinin məhsulu olan "Ələddin" filminin nümayişi ke

Venom 2: filmin ekranlaşdırılacağı öz təsdiqini tapdı

Chip.az bildirir ki, Venom filminin müəllifi Cef Pinkner, davam filmiylə bağlı sər verib sirr verməsə də Venom 2-nin