“Facebook” və “Instagram”da mühüm yenilik: Keçirilən vaxta nəzarət

  • 02 Avqust 2018
  • 182

“Instagram” və “Facebook” sosial şəbəkələrində istifadəçilərin vaxtdan səmərəli istifadəsi üçün yeni üsullar təqdim edilib.

Chip.az “ICTnews”a istinadən xəbər verir ki, yeni mexanizm psixoloqların iştirakı, həmçinin “Instagram” və “Facebook”un araşdırması və istifadəçilərin rəyi əsasında hazırlanıb.

“Biz “Instagram” və “Facebook” istifadəçilərinə öz vaxtlarından səmərəli istifadə etməyə imkan verəcək yeni mexanizmlərin tətbiq edilməsini elan edirik. Bu aktivliyi idarəetmə paneli, gündəlik “xatırlatma”, həmçinin bildirişlər axınının məhdudlaşdırılması üzrə yeni üsuldur”, – deyə “Instagram”ın saytında dərc edilmiş məlumatda qeyd olunub.

Yeni mexanizmlərdən istifadə etmək üçün sözügedən proqramlarda sazlamalar panelini açmaq, “Instagram”da “Aktivlik”, “Facebook”da isə “Facebookda keçirdiyiniz vaxt” bölməsini seçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Dünyada bərpa edilmiş smartfonlara tələbat artır

 
 2018-ci ilin ikinci rübünə olan məlumata görə, bərpa edilmiş smartfonlar bazarı yeni qurğular bazarını ya üstələyib, ya da ona çatıb. Məsələn, d

Huawei P30 və Huawei P30 Pro-nun özəllikləri bəlli oldu

Chip.az bildirir ki, mart ayında Huawei istehlakçılara yeni P30 və Huawei P30 Pro smartfonlarını təqdim edəcək.

Hər iki telefo

“Apple” yeni “iPhone” təqdim edəcək

Chip.Az xəbər verir ki, bu barədə “Bloomberg”in yaydığı məlumatda deyilir.

Bildirilir ki, yeni modellər görünüş baxımından “iPhone X”

Əyilə bilən smartfonların ən real konsepti hazırlanıb

Beləliklə hazırlanmış konseptdən də görmək olar ki, şirkətin əyilə bilən smartfon modeli kitaba bənzəyir.  Tam açıldıqda isə planşeti xatırladır.

Qeyd edək ki, ş

Xiaomi, 17 Dildə Eyni Zamanda Səsli Tərcümə Edə bilən Telefonu Qin1-i Tanıtdı


Çinli ağıllı telefon və aksessuar istehsalçı Xiaomi, ümumiyyətlə, birinci sinif keyfiyyətli məhsulları münasib qiymətlərə istehlakçılara təqdim etməsiylə məşhurdur.