“Ağıllı” zibil vedrəsi yaradıldı - 29 dollara - FOTO

  • 02 Avqust 2018

“Ağıllı” zibil vedrəsi təqdim edilib.

Chip.az rus mətbuatına istinadən xəbər verir ki, zibil vedrəsinin qapağı avtomatik açılır və bağlanır, zibil paketlərini qablaşdırır, dəyişdirir.

Qapaq hermetik olduğundan xoşagəlməz qoxunun yayılmasının qarşısı alınır.

Qurğunun çəkisi 3,5 kq, hündürlüyü 40 sm və tutumu 15 litrdir.

“Ağıllı” zibil vedrəsi 11 sentyabrda satışa çıxarılacaq. Qiyməti 29 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır