“Volkswagen” 1200-ə yaxın avtomobili geri çağırdı

  • 02 Avqust 2018
  • 210

“Volkswagen Group Rus” şirkəti Rusiyada 1 174 “Volkswagen” avtomobili geri çağırıb.

Chip.az-ın məlumatına görə, qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış “Teramont” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək./Trend/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır