Bu oteldə insanlar çalışmır - Dünyada ilk

  • 02 Avqust 2018

Chip.az xəbər verir ki, Çinin Çendu şəhərində açılan otel turizm sektorunda ilkə imza atmağı bacarıb.

Bu otelin girişində müştəriləri sima tanıma sistemi ilə təchiz olunmuş robot qarşılayır. O, müştəriyə qeydiyyatdan keçməyə kömək edir və onu nömrəyə yola salır.

Əlavə istəklər – yemək və ya taksi sifarişi, geyimlərin yuyulması da xüsusi mobil əlavəyə qoşulan robotlar tərəfindən həyata keçirilir.

Oteldə gözlənilməz hadisələr və müştərilərdən kiminsə səhhətində yarana biləcək problemlərə görə insanlarla rabitə sistemi də mövcuddur.

2018-ci ilin sonunadək daha 50 belə otelin tikilməsi planlaşdırılır.

Mənbə yeniçağ.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır