Apple İlk Trilyonluq Şirkət Olmağa Çox Yaxındır!

  • 02 Avqust 2018
  • 122

Apple-ın üçüncü rüb hesabatları, texnologiya nəhənginin tarix yazmaq üzrə olduğunu göstərir!

Apple, üçüncü rüb nəticələrini açıqlayıb, gözlənilən tablo nümayiş etdirildi: Dünyanın ən dəyərlisi adına malik texnologiya nəhənginin yüksəlişi bütün sürətilə davam edir. Bu yüksəliş bu şəkildə davam edərsə, Cupertinolu nəhəng çox yaxında 1 trilyon dollarlıq bazar dəyərinə çatan ilk Amerikalı şirkət adına sahib olacaq.

Apple-ın hesabatına görə, iphone və Apple xidmət orqanları şirkətin gəlirlərindən ən böyük pay sahibidir. Şirkət bu gün 935.3 milyard dollarlıq bir dəyərə malik və səhmlərin yalnız 7% yüksəlməsi, şirkətin dəyərini dollar əsasında 13 pilləli bir sayla ifadə etməyimiz mənaına  gəlir.

Apple-ın bu il üç müxtəlif iphone modeli bazara sürəcəyi gözlənilir. Bu modellərdən birinin isə digər iki modelə görə daha uyğun 550 dollarlıq qiymət etiketinə sahib bir iphone olacağı yönündə iddialar var. Əgər şayiələr doğrudursa Apple-ın üç fərqli kateqoriyaya xitab edəcək olan 2018 seriyasına göstəriləcək tələb, şirkəti rahatlıqla 1 trilyon dollar səviyyəsinədə olur.


Cupertinolu nəhəngi bu nöqtəyə gətirən ən mühüm amillərdən birinin bu gün ağıllı telefon bazarında böyük nüfuz sahibi olan iphone X olduğu deyilə bilər. Təxminən 1000 dollarlıq qiyməti ilə təəccüblü iphone X, buna baxmayaraq, ən çox satan telefonlar siyahısının zirvəsindədir. Bu isə şirkətin gəlirlərinə iphone aslan payına malik olması nəticəsini bərabərində gətirdi.

Apple üçün gözəl xəbərlər burada bitmir. Chromebooklara qarşı rəqabətə davamlı qiyməti bazara sürülən 329 dollarlıq iPad, firmanın planşet satışlarından qazandığı gəlirin də artmasını təmin etdi. Bununla yanaşı firmanın dünya miqyasında ikinci yerini Huaweiye təslim etdiyini  öyrənmişdik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Robotlar

Təhlükəli ola biləcək drone - Throwflame TF-19 Wasp

Təsirli olduğu qədər təhlükə saçan drone: Throwflame TF-19 Wasp

Chip.az bildirir ki, Throwflame TF-19 Wasp adı il

Robot qol Yaradıldı!

Harvard araşdırmaçıları, robot qol işlərində bir bitkidən ilham aldı. Hazırlanmış robot qol, zərər vermədən heyvanları tuta bilir.
Chip.az deyerler.org-a i

Azərbaycanda bəzi məktəblərə robot verildi - YENİLİK



Nazirlikdən Faktaz.com -a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin informatika otaqları

Ford İnsana Bənzər Yeni Robot Hazırlayıb

Amerikanın avtomobil nəhəngi “Ford” süni intellektli robotlar üzərində çalışır.

Chip.az xəbər verir ki, “Agility Robotics” ilə əməkdaşlı

Tutmağı öz öyrənən robot əl yaradıldı

Tədqiqatçılar, cisimləri tutmağı öz başına öyrənən bir robot əl etdirdilər!

Əlinizlə hər gün o qədər çox cismi qaldır ki, bu hərəkət sizə olduqca sadə görünür.