"Google" bu ölkə üçün senzuralı axtarış sistemi hazırlayır

  • 01 Avqust 2018

"Google" axtarış sisteminin Çin üçün senzuralı versiyasını hazırlamağı planlaşdırır.

Chip.az "Reuters"ə istinadən xəbər verir ki, sistem bəzi saytları və axtarış mövzularını bloklayacaq. 
Kod adı "Dragonfly" olan layihə 2017-ci ilin baharından mövcuddur. Layihədə irəliləyişlərin əldə edilməsi barədə razılıq 2017-ci ilin dekabrında "Google"un baş icraçısı Sundar Piçai və Çin hökumət rəsmiləri arasında əldə edilib. 

Qeyd edək ki, sistemdə insan haqları, demokratiya, din və sakit etirazlar barədə axtarışlara qadağa qoyulacaq. Artıq sistem Çin hökumətinə nümayiş etdirilib. Çin hökumətinin razılığını aldıqdan sonra 6-9 ay ərzində  sistemin yekun versiyanın təqdimatı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər