iPhone- u MacBook ilə, Apple Watch-ı isə iPhone ilə batareya doldurması etmək olacaq

  • 01 Avqust 2018

Belə ki, patent sorğusunda cərəyanı hər iki istiqamətdə ötürə bilən yeni cihazdan bəhs olunur. Beləliklə nəzəri cəhətdən iPad və ya MacBook heç bir naqil olmadan iPhone X və ya iPhone 8-ə şarj cərəyanı ötürə bilərlər. Smartfonlar isə öz növbələrində həmin cərəyanı digər cihazlara ötürə bilərlər. Hal-hazırda naqilsiz şarj prosesi üçün induktiv özəlliklərə sahib iPad və MacBook-lar istehsal olunmur. Lakin gələcəkdə bu cür şarj prosesi perspektivli ola bilər.

Realpress.az technote.az-a istinadən bildirir ki, patent sorğusunda MacBook ilə bir və ya iki cihaz arasında (iPhone ilə Apple Watch kimi cihazlar arasında) enerji ötürülməsini reallaşdıra biləcək bir neçə şarj nöqtəsindən ibarət MacBook təsvir olunub. Cihaz digər cihazın altında və ya üstündə yerləşməsindən asılı olaraq enerji yığır və ya ötürür. Bu halda MacBook digər cihazlar üçün enerjiötürücü stansiyaya çevrilir. Bundan əlavə olaraq çox güman ki, Apple Watch-u iPhone ekranının üzərinə qoyaraq onu beləcə şarj etdirmək olacaq. İndi isə Apple şirkəti naqilsiz şarj nöqtələri arasında xaric və daxil olan cərəyanın qızmadan keçidini reallaşdırmalıdır. Bu cür texnologiyanın yaradılması üçün isə illər lazım ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır