"Facebook"un səhmləri çökdü - 24% UCUZLAŞMA!

  • 01 Avqust 2018
  • 104

İyulun 25-də “Facebook”un rüblük maliyyə hesabatı açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmləri ciddi şəkildə ucuzlaşıb.

Chip.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, şirkətin maliyyə göstəriciləri gözləntiləri doğrultmayıb, nəticədə səhmlər 24% dəyər itirib. Bu, o deməkdir ki, səhmdarlar cəmi bir neçə dəqiqə ərzində 150 milyard dollara yaxın itkiyə məruz qalıblar. Hesabatın açıqlanmasından öncə “Facebook” səhmləri tarixi maksimumlarda idi, belə ki, 2018-ci il ərzində səhmlər 23�halaşıb.

Rüblük hesabata əsasən şirkətin gəlirləri 42% artaraq 13,2 milyard dollar təşkil edib. Bu, yaxşı rəqəm kimi görünsə də, analitiklər 13,3 milyard dollar gəlir gözləyirdilər. 2015-ci ildən bəri ilk dəfə olaraq nəticələr proqnozdan aşağı olub. Sosial şəbəkədən gündəlik istifadə edən auditoriya 1,47 milyard nəfər olub, halbuki gözlənti 1,49 milyard nəfər idi. Avropada aktiv istifadəçilərin sayında 3 milyon nəfər azalma qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə “Facebook” milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızması və ABŞ-dakı prezident seçkilərinə müdaxilə ilə əlaqədar qalmaqalların mərkəzində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Netflix-in abunə sayında diqqət çəkən azalma

Online serial və film platforması olan Netflix tarixində ilk dəfə abunə itkisi yaşayır.  Açıqlamalara görə Netflix 2019-ci ilin ikinci yarısında ABŞ-da 130 min abunəçisin

Call of Duty: Black Ops 4 Battle Royale fraqman dərc etdi!

Call of Duty: Black Ops 4ün Battle Royala rejimi Blackout üçün iki dəqiqəlik fraqman dərc etdi.

Bu il tamaşada iştirak edən ssenari rejimini inkişaf etdirənlər, onun yerin

Netflix Stranger Things 3 ilə inanılmaz rekorda imza atdı!

Netflix-in izləmə rekordunun artıq yeni bir sahibi var: Stranger Things 3-ün yeni üçüncü mövsümü yalnız 4 gün ərzində inanılmaz rekord qırdı!

HBO-dan yeni serial gəlir

8-ci mövsümün finalını edən və son mövsümü ilə pərəstişkarlarını çox məyus edən serial Game of Thrones-un keçmişindən bəhs edən serial hər kəs tərəfindən maraq

John Wick 3 filminin adı bəlli oldu: Parabellum

        John Wick seriyası izləyicilər tərəfindən çox bəyənilən sa