Bakcell-dən İnstagram istifadəçiləri üçün maraqlı müsabiqə

  • 31 İyul 2018
  • 124

Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

Chip.az məlumat verir ki, iyun ayının 27-də start götürmüş müsabiqədə iştirak etmək üçün Bakcell-i Instagram-da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərlə bəzəməli və üzərinə #BakcellileDaimOnline heşteqi olan şəkili özünün Instagram profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.

Belə ki, 1-ci yerin qalibi Bakcell-dən Samsung Galaxy S9 smartfonu qazanıb. Digər qaliblər isə 28 Mall-da yerləşən Cinemaplus kinoteatrında eksklüziv təşkil olunmuş Qarışqa adam və arı filminin qapalı seansına dəvət olunublar.

Qeyd edək ki, müsabiqə Bakcell-in yeni DaimOnline tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni DaimOnline paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz WhatsApp, Facebook və Instagram istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.

Bildirək ki, Bakcell şirkətinin yeni DaimOnline tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei P30-un 12GB RAMa malik modeli nümayiş olundu

TENAA-nın məlumatlarına görə Huawei P30-un yeni bir modeli üzərində işləyir.

Chip.az xəbər verir ki, telefonun "ELE-AL00m" adı ilə təqdim

Huawei Mate 20 Pro ağıllı kamera və maraqlı bir çərçivəylə gələ bilər!

Ancaq kamera təminatı baxımından Mate 20 seriyasının P20 seriyasının qarşısında olması mümkün görünür. Sualtı rejimi, süni zəka dəstəkli yaxınlaşdırma (AI Zoom) kimi xüs

Vivo S1-in özəlliklərilə müqayisədə qiymətinin az olması alıcıları sevindirdi

Çin smartfon istehsalçıları çerçivəsiz smartfon istehsalını günü-gündən artırır. Ölkənin ən populyar smartfon istehsalçılarından biri olan Vivo, ön kameran

Dünyanın ən güclü smartfonu təqdim edildi

​​​​​“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.

Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar - VİDEO

Chip.Az xəbər verir ki, əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

İş o yerə çatıb ki, “iPhone” istifadəçiləri nümayişkaranə