Robot qol Yaradıldı!

  • 28 İyul 2018

Harvard araşdırmaçıları, robot qol işlərində bir bitkidən ilham aldı. Hazırlanmış robot qol, zərər vermədən heyvanları tuta bilir.
Chip.az deyerler.org-a istinadən bildirir ki, Harvardın Uayss İnstiturunun araşdırmaçıları dəniz heyvanlarını tuta bilmək üçün bir robot qol yaratdı. Çox həssas bir formada işləyən bu robot, barmaqları vasitəsilə tutma əməliyyatını edə bilir. Robot qolun barmaqlarının dizaynında, pental yəni tac yarpaqlarının quruluşundan ilham alındı.

Olduqca sadə bir iş sisteminə sahib olan robotda, bütün oynaqlı quruluşu hərəkət etdirmək üçün yalnız bir dənə mühərrik istifadə edilir. Üzərində kameralar və sensorlar olan robot, canlıya yaxınlaşdığında məngənələrini istifadə edərək ona zərər vermədən tuta bilir.

700 metr dərinlikdə müvəffəqiyyətli bir şəkildə sınaqdan keçirilən robot, 11 km dərinlikdəki təzyiqə dözə biləcək xüsusiyyətlərə sahibdir. Robotun dəniz canlıları üzərində araşdırma edən bioloqlara köməkçi olması və fərqli canlı növlərinin araşdırıla bilməsi hədəflənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır