Google, Səlahiyyətsiz Daxilolmaları Ortadan Qaldıracaq Titan Təhlükəsizlik Açarını Tanıtdı

  • 26 İyul 2018

Şirkət əməkdaşları üçün səlahiyyətsiz çatım problemini sıfıra endirən Google, indi də bütün istifadəçilərin səlahiyyətsiz çıxış məsələsini bitirməyə niyyətlidir. Texnologiya nəhəngi, Titan Təhlükəsizlik Açarı adını verdiyi fiziki açarlarını rəsmi olaraq tanıtdı.
Keçdiyimiz günlərdə bölüşdüyümüz xəbər ilə Google-ın 85 min əməkdaşı üçün fiziki təhlükəsizlik açarı istifadə etməyi zəruri etdiyini və bu şəkildə səlahiyyətsiz çatım problemlərini sıfıra endirdiyini siz dəyərli Chip.az oxucularına çatdırmışdıq. Fiziki təhlükəsizlik açarlarının iki adlı kimlik təsdiq etmə sistemindən daha etibarlı olduğunu fərq edən Google, öz fiziki təhlükəsizlik açarını bazara təqdim edib.

Titan Security Key (Titan Təhlükəsizlik Açarı) adlandırılan təhlükəsizlik açarı, Yubico və digər fiziki təhlükəsizlik açarları ilə oxşar bir iş prinsipinə malik. Bu an üçün yalnız Google Cloud Platforma müştərilərinə təqdim olunan Titan Təhlükəsizlik Açarı, sonrakı dövrdə dövlətə açıq olaraq satışa təqdim olunacaq. Həm Bluetooth, həm də USB variantı olan fiziki təhlükəsizlik açarının 20-25 dollar qiymət etiketinə sahib olması gözlənilir.

Baş mərkəzi bu olmasa da, dünyanın ən böyük proqram şirkətlərindən biri olan Google, Google hesabları üçün 2014-ci ildən bu yana fiziki təhlükəsizlik açarlarını və FIDO girişini dəstəkləyir. Şirkətin açıqlamasına görə Titan Təhlükəsizlik Açarı da FIDO şartname-sinə uyğun şəkildə istehsal edilmişdir. Google, cihazın hansı şirkət tərəfindən istehsal edildiyini bildirməsə də yazılanlarda şəxsən özünə aid olduğunu vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır