Batareyaların Ömürləri Niyə Getdikcə Qısalır?

  • 26 İyul 2018
  • 141

Əvvəllərdə bizi çox məmnun edən batareyalar, bir müddət sonra doldurma ömrü üzündən əziyyət çəkməmizə səbəb olurlar. Bəs batareyaların doldurma ömrü niyə davamlı olaraq qısalır?
Yeni bir ağıllı telefon, ya da dizi üstə kompüter aldıqda batareya ömrünün çox yetərli olduğunu düşünürsən. Ancaq cihazınız istifadə etməyə başladıqca eyni işləri aparsanız da batareya ömrünün qısalmağa başladığını fərq edərsiniz. Bəs buna səbəb nə olur? Batareya heç dəyişdirmədiyiniz halda elektron cihazların batareya ömrü niyə qısalır?
Termodinamikanın ikinci qanunu deyir ki; "Enerji bir şəkildən digərinə çevrilərkən, bir miqdarı daim istədiyimizdən fərqli bir formaya çevrilir. Yəni başqa sözlə ağıllı telefonlarımızın baterekasını doldurub boşaldarkən enerjinin bir hissəsini itiririk. Daha da əhəmiyyətlisi bu itirilən enerji batareyanın kiçik də olsa bir qisminin "ölməsinə səbəb olur.

Bir misalla açıqlamaq lazım olsa; Əlinizdə biri dolu, biri boş olmaq üzrə iki su stəkanı olduğunu düşünün. Dolu stəkan, elektron qurğunuzun batareyasını təmsil edir. Dolu olan stəkandakı suyu boş olan stəkana boşaldın. Daha sonra bu prosesi davamlı olaraq təkrar edin. Doldur-boşalt prosesi zamanı yerə bir damcı belə su tökülsə o suyu bir daha stəkana qayata bilməzsiniz. Həmçinin bu proseslər zamanı su da buxarlanmaya davam edir. Bu səbəblə şəraitə və vəziyyətə görə su sürətli və ya yavaş bir şəkildə enində sonunda tükənəcəkdir.


Məhz elektron cihazlarda da bənzər bir vəziyyət söz mövzusudur. Batareya doldurub azad etdiyiniz zaman bu proses üçün batareya da bir enerji sərf edir, kiçik də olsa bir hissəsi ölür. Uzun istismar nəticəsində batareyanın ölü tutumu, doldurulan həcmindən çox olur və batareyaya nə qədər uzun doldurma etsəniz də tutum əvvəlki halına qayıtmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İlklər

İlk Kompüter necə yaradılıb?

X əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdiric

Süni intellekt həkimləri qabaqladı

Pekin xəstəxanalarında hazırlanan "BioMind" süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib. Neyron şəbəkə vəzifəsinin öhdəsin

Yaxın illərdə barmaq izi sensoru ilə bədən temperaturumuzu ölçə biləcəyik

Yeni şrift mətni daha yaxşı yadda saxlamağa kömək edəcək

“Sans Forgetica” adlanan şriftə hazırda yalnız latın əlifbası hərfləri və rəqəmlər daxildir. Yeni şrifti universitetin saytında yükləmək mümkündür.