Araşdırmalara Görə, Gənc Yaşda Ağıllı Telefon İstifadəsi Yaddaş İtkisinə Səbəb Olur!

  • 26 İyul 2018

İsveçrədə 700-ün üzərində uşaqla aparılan bir araşdırmaya görə davamlı olaraq RF-EMF-yə məruz qalmaq beynə zərər verir və qısa müddətli yaddaş itkisinə səbəb olabilər.
Babalarımız, nənələrimiz və ya digər ailə böyüklərimiz ağıllı telefonlar bazara çıxdığından bu yana bizləri ağıllı telefonlarla çox vaxt keçirdikdə səhiyyə problemləri yaşayacağıq dair xəbərdarlıq etdilər. Amma çox bilmiş gənclər olaraq qarşımıza elmi bir məlumat vermədiyindən bu xəbərdarlıqları çox nəzərə almadıq.

İsveçrədəki Ətraf Mühit Sağlamlığı Perspektivləri (Environmental Health Perspectives) tərəfindən nəşr olunan yeni bir hesabat, gənclərin bir illik ağıllı telefon istifadəsi nəticəsində aldıqları radiasiyanın beyində ziyana səbəb ola biləcəyini bildirib. Araşdırmaya görə ağıllı telefonlardan yayılan radiasiya, qısa müddətli yaddaş itkisinə səbəb olabilər.

Tədqiqatçılar, ilk olaraq yaşları 12 ilə 17 arasında dəyişən yetkinlik dövründəki 700-ün üzərində uşağa bir əsas test keçirib. Sonra eyni uşaqlar bir il ərzində ağıllı telefonlarla telefon danışıqları aparıldığı zaman yayılan elektromaqnit sahə şüasına (RF-EMF) məruz qaldılar. Bir ilin sonunda uşaqlar yeni vizual və şifahi testə salındılar,və nəticələr mənfidir

Martin Röösliye görə beyin tərəfindən əmilən RF-EMF, yaddaşının mənfi əziyyət çəkməsinə səbəb olur. Ancaq bu təsirlər yalnız telefonu başımıza yaxın tutduqda baş verir. Yəni oyun oynayarkən, mesajlaş-arkən, ya da sosial mediada gəzərkən RF-EMFYE məruz qalmırıq. Telefonu qulağımıza qoyanda isə beynimiz üçün çox da yaxşı şeylər baş vermir.

Röösli, ağıllı telefonların beyinə zərər vermə riski daşıdığını söyləsə də nəticələrin qəti olmadığını, müxtəlif amillərin də nəzərə alınması və araşdırılması lazım olduğunu dilə gətirir. Yenə də beyninizi mümkün riskdən qorumaq və daha az RF-EMF-yəməruz qalmaq üçün telefon danışıqlarını cihaz telefon dəstəyi yerinə qulaqcıqla edəbilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır