“Android” sisteminin hansı versiyası daha çox tanınır?

  • 25 İyul 2018

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. “Oreo” versiyasının bazar payı 12%-i ötüb.

Chip.az “ICTnews”a istinadən xəbər verir ki, ən çox tannan versiyası olan “Android Nougat 7.0-7.1” versiyası 30,8% qurğuda quraşdırılıb. Yaxın vaxtlara kimi birinci pillədə qərarlaşmış “Android Marshmallow 6.0” versiyası indi 23,5% göstərici ilə ikinci yeri tutub. 20,4% göstəriciyə malik “Android Lollipop 5.0-5.1” (20,4%) versiyası üçüncü yeri tutub.

“Android”in ən yeni versiyası olan “Oreo 8.0-8.1” “Google”un mobil platformasının idarəetməsi altında işləyən 12,1% qurğuda quraşdırılıb. 2018-ci ilin əvvəlində bu sistemin bazar payı 0,7% idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır