Facebook və Instagram-da yaş həddi olacaq

  • 24 İyul 2018

Bir müddət öncə Twitter 13 yaşından az olan istifadəçilərin hesabını bağlamağa başladı.

Chip.az xarici mediaya istinadən məlumat verir ki, artıq Facebook və Instagram-da bunu tətbiq edəcək.

Belə ki, yaşı 13-dən az olan istifadəçilərin hesabları bağlanacaq. Hesablarını yenidən açmaq istəyənlər isə şəxsiyyət vəsiqələrinin şəklini göndərərək bunu doğrulamalıdırlar.

Qeyd edək ki, şirkətin qəbul etdiyi qərar yaşı 13-dən aşağı olanlar üçün istehsal etdikləri məhsulları Facebook və Instagram-da yayımlayan firmalara mənfi təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır