Facebook, Instagram hesabınızı Facebook Messenger'ə birləşdirəcək yeni proqramı test edir

  • 24 İyul 2018

Gündən-günə bütün məşhur sosial media tətbiqlərini idarə etməyə başlayan Facebook, yenidən bu tipli çalışmalarını sürətləndirir. Bildiyiniz kimi, Facebook, İnstagram istifadəçilərinin hesablarını, Facebook profilləri ilə birləşdirməyə icazə verirdi.

Yeni yayılan xəbərlərə görə Facebook'un indiki hədəfində,İnstagram'dakı dostlarınızı  Facebook Messenger'ə daxil etmək dayanır. Yeni özəllik sayəsində İnstagram'dakı dostlarınız ilə Facebook Messenger tətbiqi vasitəsilə əlaqə saxlaya biləcəksiniz.

Hələki test mərhələsində olan yeni sistemin,nə qədər işlək olacağı istifadəçilərin vərdişlərini düşündükdə xeyli müzakirə olunur.Bu kiçik əlavənin ardından rəsmi bir açıqlama gözlənməsə də qısa zaman sonra anidən qarşımıza çıxma ehtimalı yüksəkdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır