“Android” əməliyyat sisteminin “ölüm tarixi” açıqlandı

  • 24 İyul 2018
  • 127

Hazırda dünyada satılan smartfonların 75%-i “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Google” şirkəti bu mobil əməliyyat sistemi üzərində hüquqa sahib olsa da, ancaq bütün telefon istehsalçıları bu platformadan ödənişsiz və heç bir öhdəlik olmadan istifadə edə bilər.

Chip.az unian.net-ə istinadən xəbər verir ki, lakin axtarış nəhəngi bu proqram təminatının “ölüm tarixi”ni açıqlayıb.

KİV-in məlumatına görə, bu günlərdə “Google” tərəfindən keçirilmiş müşavirədə “Android” əməliyyat sisteminin taleyi həll edilib. Məlum olub ki, üzərində 2 ildən çox iş aparılan “Fuchsia OS” platforması yaxın gələcəkdə bütün smartfon, planşet, kompüter, televizor və istənilən başqa cihaza “Android”in əvəzinə quraşdırılacaq.

“Google”un rəhbərliyi bildirib ki, “Fuchsia OS” perspektivli layihədir. Məhz bu əməliyyat sistemi yaxın gələcəkdə artıq köhnəlmiş “Android” sistemini əvəz edəcək. Axtarış nəhəngi yaxın 3 ildə yeni sistemin idarəetməsi altında işləyən “ağıllı” kolonka və noutbuklar təqdim edəcək, halbuki 5 il sonra, yəni 2023-cü ildə “Android” sistemindən tamamilə imtina ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Göz qırparaq zoom edə bilən linza istehsal edildi

Elm insanları kiçik göz hərəkəti ilə idarə edilə bilən robot texnikası linza inkişaf etdirib.
Bu linza göz yummaqla görüntünü yaxınlaşdırıb uzaqlaşdırır.

Hakerlər 50 min dollar mükafat aldı

Chip.az bildirir ki, Richard ZhuAmat Cama çərşənbə günü Tokiodakı  Mobil Pwn2Own təhlükəsizlik yarışmasında

Cargo e-Bike adlı velosiped, yük daşıma xərclərini azaldacaq

Chip.az bildirir ki, Volkswagen, Cargo e-Bike adlı ən kiçik kommersiya velosipedini istehlakçılara təqdim edib. Beləki, elektrik enerji

Dünyanın ilk uzaqdan həyata keçirilən beyin əməliyyatı Huawei-nin 5G texnologiyası ilə reallaşdı

5G texnologiyasının istifadə ediləcəyi çox sayda sahə olduğu bildirilməsinə baxmayaraq, praktikada tətbiq etmələrinin sayı hələ olduqca azdır. Çində həyata keçirilən

Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib

Chip.az xarici mediya  istinadən yazır ki, ekspertlərin sözlərinə görə, pul tələb edən virusların aktivliyi xeyli yüksəlib. Qeyd edək ki, istifad