Android və Chrome OS'i əvəz edəcək Fuchsia OS 5

  • 23 İyul 2018
  • 117

  Bir neçə il bundan öncə Google şirkətinin gizli məhsulu barəsində məlumatlar ortaya çıxmışdı. Söhbət, Fuchsia adlı yeni əməliyyat sistemindən gedir. Güman olunur ki, Android-i əvəz edəcək bu yeni əməliyyat sistemi smartfon, noutbook və hətta ağıllı səsgücləndiricilərdə də çalışa biləcək. İndi isə məlum olub ki, Google şirkətinin Fuchsia əməliyyat sisteminə böyük planları var. Təqribi olaraq 5 ildən sonra bu yeni əməliyyat sistemi Android, Wear OS  Chrome OS əməliyyat sistemlərini əvəz edəcək.

    Linux nüvəsi əsasında çalışan Android-dən fərqli olaraq Fuchsia şirkətin öz yaratdığı Zircon nüvəsi əsasında çalışır. Avropa komissiyası tərəfindən cərimələmə, Oracle şirkəti ilə məhkəmə prosesi və Android əməliyyat sisteminin istehsalçılar üçün lisenziya əsaslı ediləcəyi bəyanatları fonunda şirkətin Linux və Java-dan öz istehsalı olan məhsullara keçidi heç də təəccüblü deyil. Bloomberg-in məlumatına əsasən Fuchsia OS 3 ildən sonra istifadəyə veriləcək.

    İlk öncə yeni əməliyyat sistemini ağıllı səsgücləndiricilər kimi ev əşyaları əldə edəcəklər. Daha sonra əməliyyat sistemi noutbook və smartfonlarda işə salınacaq və 2 ildən sonra Fuchsia Google şirkətinin hal hazırki bütün əməliyyat sistemlərini əvəz edəcək. Məlumata əsasən yeni əməliyyat sistemi rahat şəkildə istənilən ekran ölçüsünə sahib smartfonda adaptasiya olunacaq və mütəmadi olaraq yenilənəcək. Müsbət özəlliklər arasında həmçinin səsli idarəetmə və yüksək səviyyədə konfidensiallıq da var. Bununla yanaşı Fuchsia OS Android-də olan bütün tətbiqləri dəstəkləyəcək. Buna görə də tərtibatçılar və istifadəçilər rahatlıqla yeni əməliyyat sisteminı keçid edə biləcəklər. Təbii ki, bütün bunlar hələki təsdiqlənməmiş məliumatlardır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Fortnite ilə uyğun Android telefon və tabletləri!

Bir çox rekorda imza atan Battle Royala növündəki oyun, Galaxy Nota 9 ilə Android dünyasına girdi. İyul ayında Android üçün Fortnite-nın dəstəkləyəcəyi cihazları açıqlayan E

Huawei Direktoru: Qatlana bilən telefonlar kompüterlərin yerini ala bilər

Şirkət bu barədəki planları ilə bağlı məlumatlarını paylaşmaqdan da geri qalmır. Çinli istehsalçı, IFA 2018 dövründə bükülən bir telefon çıxarmağa hazırlaşdığını bi

Samsung, 3 Arxa Kameralı İlk Telefonu Galaxy A7-ni təqdim etdi!

Cihazın ən diqqət çəkən xüsusiyyəti, təxmin edəcəyiniz kimi möhtəşəm ön və arxa kamera çıxışı olacaq.
Cənubi Koreyalı texnologiya nəhəngi Samsung, şirkətin ən p

Uyğun qiymətli Huawei modeli çıxdı!

TENAA üzərindən JKM-AL00 model nömrəsi ilə görünən Huaweinin yeni orta segment telefonu, texniki xüsusiyyətləri ilə olduqca diqqət çəkir. Yeni Huawei Y9 modelində yüksək sürə

Apple iOS 13 modelində 3D Touch xüsusiyyətindən imtina edir

Smartfonların həyatımızdakı qatqılarından biri də onları istifadə etmək üçün tətbiq olunan xüsusiyyətlərdir.

Chip.az xəbər verir ki,