Smartfonlar üçün ən təhlükəli tətbiqlər - "FACEBOOK", "WHATSAPP"...

  • 23 İyul 2018
  • 110

Mütəxəssislər korporativ müştərilərə zərər verə biləcək ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər. 
Chip.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Appthority” şirkəti xəbər verib.

Mütəxəssislər “WhatsApp” və “Facebook Messenger” tətbiqlərini iOS cihazlar üçün ən riskli tətbiq elan ediblər. Həmçinin liderlərin ilk üçlüyünə “Waze” naviqasiya proqramı da daxil edilib. 

Bundan başqa, “WhatsApp” və “Facebook” proqramları “Android” əməliyyat sistemi ilə idarə edilən smartfonlar üçün də olduqca təhlükəlidir. Burada üçüncü yerdə Rusiyanın “Telegram” messenceri qərarlaşıb. 

Qeyd edilir ki, “Waze” və “Telegram” bu siyahıya ilk dəfədir daxil olurlar. 

Tətbiqlər 10 ballıq şkala üzrə qiymətləndirilir. “Facebook” və “WhatsApp” messencerləri 7 bal alıblar. Burada yüksək qiymət o deməkdir ki, tətbiqlər müəssisə ilə bağlı məlumatları servislərə göndərə bilirlər və ya təhlükəsizlik siyasətinə uyğun deyil. Misal üçün, bu reytinqdə olan bəzi tətbiqlər telefon nömrələrinin siyahısını və SMS-ləri göndərir, həmçinin HTTPS protokolunu söndürür. 

Şirkət həmçinin məlumat sızmasının qarşısını almaq üçün şirkətlər tərəfindən qara siyahıya atılan proqramlar haqqında da söz açıb. Çox vaxt qadağalara messencerlər, sosial şəbəkə müştəriləri və onlayn tanışlıq xidmətləri düşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Huawei avtonom vasitələrin istehsalına başlayır

Huawei, son aylarda saysız xəbərlərin əsas mövzusu oldu.

Təssüflə qeyd etmək olar ki, gündəmə gələn xəbərlərin demək olar yarıdan çoxu ürəkaçan de

Selfie etmək istəyən 3 gənc qatar altında qalaraq öldü

Chip.az xəbər verir ki, tədqiqatçıların fikrincə Hindistan selfi etmək istəyən zaman yaşanan ölüm hadisələrinin ən çox baş verdiyi ölkələrdən

Atlanta hava limanında biometrik təhlükəsizlik sistemi istifadəyə veriləcək

Chip.az bildirir ki, yeni biometrik təhlükəsizlik layihəsi çərçivəsində, Atlanta hava limanında üz tanıma texnologiyasından istifadə ediləcək.

Chadwick Bosemanın yer aldığı Bridges 21 filminin fraqmentləri yayımlanıb

Chip.az xəbər verir ki, filmin baş rolunu “Black Panther”-dən  tanınan Chadwick Boseman canlandırıb.

SpaceX yeni Falcon Heavy Block 5-ə aid ilk görüntüləri yayımladı

Chip.az bildirir ki, SpaceX-in Falcon raket ailəsinin yeni üzvü olan Falcon Heavy Block 5-in son işləri də tamamlandı. K