Galaxy Note 9-un Qiyməti Nə Qədər Olacaq?

  • 21 İyul 2018

Samsung Galaxy Note 9-un 9 Avqustda baş tutacaq təqdimatı üçün hər şey hazırdır. Cihazın hansı bölgələrdə hansı qiymətlər və modellərlə bazara sürüləcəyi Unpacked tədbirində məlum olacaq. Yeni çıxan şayiələr isə telefonun 24 Avqustda bazara sürüləcəyini və Avropada, daha doğrusu, Polşadakı qiymətinin nə olacağını təxmin edir.

Polşalı sayt Spiders Veba görə Note 9, seriyanın əvvəlki məhsulu olan Note 8 ilə eyni qiymətə malik olacaq, ancaq təbii ki, daha yaxşı avadanlıqla qutudan çıxacaq. Distribüter firmalardan gələn mənbələrə görə cihazın 6 GB RAM və 128 GB yığma sahəli variantı Polşada 995 avroya satışa təqdim olunacaq. Sayta görə ən azından Polşada rəng variantları də qara, mavi və çəhrayı olacaq.

Əgər Samsung həqiqətən Bluetoothlu S Pens və 4,000 mAh batareyaya sahio Note 9-u keçən il bazara sürülən Note 8 ilə eyni qiymətə satıla bilərsə bu böyük bir uğur olacaqdır. Zahirən, Samsung ən azından Galaxy S10-a qədər, ən pis ehtimal Galaxy X-ə qədər 1000 avro xəttini keçmək istəmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır