"Google"a görünməmiş cəza - 4,34 MİLYARD AVRO!

  • 20 İyul 2018
  • 256

Avropa Komissiyası ABŞ-ın “Google” şirkətini rekord məbləğdə cərimələmək qərarına gəlib.

İchip.az-ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager açıqlayıb. O bildirib ki, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir.
M. Vestager deyib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub: “Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər”. 
Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir. Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, “Google”un daxil olduğu “Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək. “İndi “Google”un doxsan günü var ki, özünün bazardakı mövqeyindən sui - istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, “Google” avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır”, - deyə M. Vestager söyləyib. 
ABŞ şirkəti isə Avrokomissiyanın qərarından şikayət verəcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir!

“Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konf

Google uşaqlara düzgün tələffüzü öyrədəcək - Yeni proqram

Chip.az xəbər verir ki, “Google” az yaşlı uşaqlara oxumağı öyrənməyə kömək etmək üçün nəzərdə tutulan pulsuz  mobil tətbiqi beta etiket ilə istifadəy

Bu ölkədə sosial şəbəkəyə görə vergi yığılır!

Oxu.Az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Qanuna görə, “Facebook”, “WhatsApp”, “Viber” и “Twitter” sosial şəbəkələrdən istifadəyə

“Orange” və “Google” arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

Bu barədə Fransa telekommunikasiya operatorunun nümayəndəsi bildirib.
Chip.az "

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

Chip.az  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İn