Chrome-un məhsuldarlığı aşağı düşəcək!

  • 20 İyul 2018
  • 141

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə dəyişdiriləcək. Nəticədə "Chrome" brauzeri əməli yaddaşda daha çox yer tutacaq, lakin sistemi "Spectre" prosessor boşluğundan istifadəyə əsaslanan hücumdan qoruyacaq.

İchip.az Milli.Az-a istinadən bildirir ki, "Intel" və "ARM64" prosessorları, həmçinin "AMD"-nin bəzi məhsullarına təsir göstərən "Meltdown" və "Spectre" boşluqları haqda ilk dəfə 2018-ci il yanvarın 3-də məlum olmuşdu. Aparat səviyyəsində edilmiş səhvlərə görə cari anda qurğuda emal edilən məlumatların oğurlanması mümkündür.

Əməliyyat sistemində boşluğu aradan qaldıran paketlər quraşdırılmadığı halda məlumatları oğurlamaq üçün istifadəçini saxta sayta daxil olmağa vadar etmək və ya normal sayta zərərli kod quraşdırmaq kifayətdir. Bu halda saytın kodu və zərərli "JavaScript" kodu eyni proses kimi işə düşür, nəticədə prosessordakı boşluğa görə parol və başqa məlumatlara baxmaq mümkün olur.

"Chrome" brauzerinin tərtibatçıları məhz bu boşluqla mübarizə aparmağa dair qərar veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Google 20-ci yaşını yarandığı qarajda virtual tur ilə təbrik edir


Google-ın baş səhifəsində aradan keçən illərdəki mühüm hadisələrin və anlayışların xatırladıldığı bir video doodle göstərilir. Eyni zamanda sürpriz yumurta axtarı

Qadınlar kişiləri geridə qoydu

Hesablamalara görə, sayı 1 milyonu keçən alış-veriş həvəskarlarının 86%-ni təşkil edən qadınların sayı 10% daha artarsa, e-ticarətdə Türkiyə iqtisadiyyatına 1,5 milyard dol

Awain-in istehsal etdiyi avtomobil açarlarının qiyməti nə az, nə çox 563 min dollardır

Chip.az bildirir ki, Awain-in xüsusi istehsal etdiyi bəzi açarların qiyməti nə az, nə çox 563 min dollardır. Bu da açarları bir çox lüks av

İşıq və temperaturun təsiri nəticəsində formasını dəyişdirən material yaradılıb

İşıq və ya temperaturun təsiri nəticəsində bu və ya başqa mürəkkəb, öncədən "proqramlaşdırılmış" formanı ala bilən material yaradılıb.
 

Xiaomi, Mi Bumblebee adlı çantasını istehlakçıların istifadəsinə verdi

Chip.az bildirir ki, Xiaomi, Transformers seriyasının sahibi olan Hasbro ilə 2016-cı ildən bu yana Hasbro ilə birlikdə Bumblebee dizaynında yeni notbuk