Sürətli enerjidoldurma texnologiyası hazırlanır!

  • 20 İyul 2018
  • 1282



Artıq bir neçə belə texnologiya ("Qualcomm Quick Charge", "OnePlus Dash Charge" və sairə) mövcuddur. "Huawei" şirkəti "Super Charge" adlı növbəti nəsil sürətli enerjidoldurma texnologiyası üzərində işləyir.

İchip.az Milli.Az-a istinadən bildirir ki, məlumata görə, "Huawei" şirkətinin "HW-100400C00" nömrəli yeni enerjidoldurma adapteri "3C" sertifikatına layiq görülüb. Yeni adapterin maksimum şarj gücü 40 Vatt təşkil edəcək.

Bundan əvvəl Çin şirkəti tərəfindən təqdim edilmiş 5V/8A spesifikasiyasını dəstəkləyən "Honor Magic" texnologiyası istifadəçilərə telefonu 45 dəqiqə müddətində enerji ilə doldurmağa imkan verirdi. "Huawei" şirkətinin növbəti nəsil "Super Charge 40W" texnologiyası smartfonu 30 dəqiqə müddətində 90%-dək enerji ilə dolduracaq.

Müqayisə üçün, "Qualcomm Quick Charge 3.0" texnologiyası smartfonu 30 dəqiqə müddətində 50%-dək enerji ilə doldurur. "OnePlus Dash" texnologiyası isə 30 dəqiqə müddətində 60%-dək doldura bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır