“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəlilər siyahısında

  • 20 İyul 2018
  • 134

“Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. “iOS” qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri “WhatsApp”, “Facebook Messenger” və “Waze” messencerləri tutub. “Android” əlavələri reytinqində “WhatsApp”, “Facebook Messenger” və “Telegram” servisi liderdir. İkinci rübdə “Waze” və “Telegram” reytinqə yeni daxil olub.

Ichip.az xəbər verir ki, əlavələr şirkətlərin “qara siyahı”sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.

İkinci rübdə “qara siyahı”ya daha çox düşən mobil proqramlar reytinqində “Facebook Messenger” və “WhatsApp”ın “Android” və “iOS” versiyaları, eləcə də “Android” üçün “Wickr Me” və “iOS” üçün “Tinder” yer alıb.

Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.

Xəbər götürülüb yeniçağ.az dan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sə

ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

Chip.az xəbər verir ki, bunu “ASAN xidmət”-in əməkdaşı Turanə Qasımova “ASAN xidmət” mobil tətbiqinin təqdimatı zamanı deyib.

T.Qasımova qeyd edib

Lilium şirkətinə məxsus ilk uçan taksi (Video)

Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələri son illərin ən məşhur məhsullarından biridir. Elektrik enerjisi ilə işləyən avtomobillər gündəmdə olsa da, aviasiya sahəsi

S-400-ləri yaradan bu azərbaycanlıdır - FOTO

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.

11 milyon abunəsi olan youtuber faciəli şəkildə həyatını itirdi

Youtube-də elmi təcrübələr aparan və internetdə The Kinq of Random adıyla tanınan Grant Tompsonun yamac paraşütü edərkən keçirdiyi qəza nəticəsində həyata gözlərini yu